Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Android” və “iOS” mobil əlavələrini testləşdirəcək


“Google I/O” konfransında axtarış nəhəngi “Android” və “iOS” mobil əlavələrini testləşdirən “Appurify” şirkətini satın aldığını elan edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Appurify” əlavələrin testləşdirilməsi üçün nəzərdə tutulmuş kross-platformalı simulyatorlarda ixtisaslaşan şirkətdir.  
 
“Google” servisin ictimai tərəfini bağlamaq niyyətində deyil, lakin şirkət istifadəyə görə ödənişi nəzərdə tutan  freemium modelinə keçəcəyini də istisna etmir.

“Appurify” bu hesabatları, şəbəkənin dar yerləri və potensial sabitlik problemləri kimi     funksionalla və məhsuldarlıqla bağlı problemlərin aşkar edilməsi üçün təqdim edir. Eyni zamanda şirkət istənilən simsiz şəbəkəni simulyasiya edə bilər.
 

Şirkət “iOS” və “Android”  əməliyyat sistemləri ilə işləyən planşetlərinin və telefonlarının faktiki testləşdirilməsi və diaqnostikası həyata keçirilən təhlükəsiz data mərkəzinin dəstəklənməsi üzrə işlər aparır. Platforma özü-özlüyündə “iOS”, “Android” və digər məşhur fasiləsiz inteqrasiya  sistemləri üçün avtomatlaşdırılmış testləşdirmə imkanını özündə ehtiva edir.
 
 
Aynur Vəliyeva




30/06/14    Çap et