Kaliforniyada “Bitcoin” virtual valyutası leqallaşdırılıb
Kaliforniya qubernatoru Cerri Braun “Bitcoin” və digər virtual valyutanın leqallaşdırılması haqqında qanun imzalayıb. Bu barədə qubernatorun rəsmi saytında dərc olunan məlumatda deyilir.
Qanun elektron valyuta, kupon və digər pul ekvivalentləri kimi müxtəlif alternativ valyutalardan malların alınması və xidmətlərin ödənilməsi zamanı istifadəsinə icazə verir.
ABŞ-ın “Square” kimi bəzi servisləri artıq “Bitcoin” virtual valyutasını qəbul edir. Yaxın gələcəkdə “Bitcoin” sahibləri üçün "Mastercard” kartlarının yaradılması gözlənilir. Bu virtual valyutanın məzənnəsi “Bloomberg”, “Google” və “Yahoo!” şirkətlərinin saytlarında göstərilir. Bundan başqa, “Yelp” axtarış servisində hansı mağazaların “Bitcoin”i qəbul etməsini öyrənmək olar.
Virtual valyuta elmi cəmiyyət tərəfindən fəal şəkildə tədqiq olunur. Böyük Britaniyanın Kambrii Dövlət Universiteti “Bitcoin” ilə ödənilməsi mümkün olan valyuta məzənnəsini istifadəyə verib. Cari ilin aprelində Massaçusets Texnologiya İnstitutu tələbələrin “Bitcoin”ləri necə sərf edəcəklərini öyrənmək üçün onlara virtual pul paylayıb.
Qeyd edək ki, “Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar sadəcə anonim şəklində olur, - "theRunet
www.therunet.com” yazır.