Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Norveç elektron səsvermədən imtina edib
Norveç milli və yerli seçkilər zamanı tətbiq olunan elektron səsvermə sistemləri üzərində sınaq rejimini dayandırıb.
Xatırladaq ki, 2011 və 2013-cü illərdə keçirilmiş seçkilər zamanı sınaq rejimi tətbiq olunub.
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2013-cü ildə sınaq kifayət qədər mübahisəli olub, çünki seçkilərdən əvvəl şəbəkənin köməyi ilə göndərilən səslərin qorunması üçün istifadə olunan şifrləmə sxemləri tənqidə məruz qalıb. İT mütəxəssisləri məlumatların daha yaxşı mühafizəsi üçün bütün səsvermə sistemini dəyişməyə səsləyirlər.
2013-cü ildə keçirilmiş sınaqla bağlı hesabata əsasən, elektron səsvermədə təxminən 70 min insan iştirak edib. Bu, internet üzərindən səs vermək hüququna malik 12 böyük və kiçik şəhərin 250 min seçicisinintəxminən 38%-nitəşkil edib.
Bununla belə, sınaq səs vermək hüququna malik seçicilərin sayının artmasına səbəb olmayıb.
Emil Hüseynov
01/07/14 Çap et