Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Əmək müqaviləsi bildirişlərinə dair iki xidmət elektronlaşdırılıb
Azərbaycanın dövlət qurumlarının əksər xidmətlərinin cəmləşdiyi “Elektron hökumət” portalında 2 yeni elektron xidmət istifadəyə verilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portala yeni inteqrasiya olunan xidmətlərə “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “Əmək müqaviləsi bildirişlərinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınması” e-xidmətləri daxildir.
Bu xidmətlərin “Elektron hökumət”ə əlavə olunması ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portal üzərindən təqdim etdiyi elektron xidmətlərin sayı 11-ə çatıb.
CAHANGİR
01/07/14 Çap et