Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ən yaxşı videotədris resursu - 2014” müsabiqəsinə işlərin qəbulu sentyabr ayının 25-də başa çatacaq
İnformatika müəllimləri arasında keçirilən “Ən yaxşı videotədris resursu - 2014” müsabiqəsinə işlərin qəbulu sentyabr ayının 25-də başa çatacaq.
Müsabiqə şərtlərinə görə, resurslar ümumtəhsil məktəbləri üçün I-XI siniflər üzrə “İnformatika” dərsliklərində olan mövzular əsasında hazırlanmalı, videodərs və ya videodərslərin izahatı Azərbaycan dilində olmalıdır.
Bütün videodərslər İnternetdə yerləşdirilib, ekspertlər tərəfindən qiymətləndiriləcək. Hər il olduğu kimi, müsabiqənin nəticələri sentyabr ayının sonunda açıqlanacaq. Birinci, ikinci və üçüncü yerlərin qalibləri qiymətli hədiyyələrlə və diplomlarla təltif ediləcək. Müəllimlər “İnformatik.az” saytında dərslərin nümunələri, o cümlədən müsabiqəyə 2012-2013-cü illərdə təqdim olunan işlərlə “Videoresurs müsabiqəsi” bölümündə tanış ola bilərlər.
Qeyd edək ki, Azərbaycan dilində videotədris resurslarının az olduğunu nəzərə alaraq, informatika dərsliklərinin müəllifləri ((Ramin Mahmudzadə, İsmayıl Sadıqov və Naidə İsayeva) bu problemin həlli üçün müəllimlərə kömək məqsədilə “Ən yaxşı videotədris resursu” müsabiqəsinin keçirilməsi ideyasını irəli sürüblər. Artıq üçüncü ildir ki, müsabiqə keçirilir və müsabiqədə respublikamızın müxtəlif regionlarında çalışan müəllimlər iştirak edirlər.
Həqiqət İSABALAYEVA
01/07/14 Çap et