Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Galaxy S5” smartfonunun mini-versiyası iyulda çıxarılacaq


"Samsung" şirkəti "Galaxy S5 Mini" aparatının satışlarına başlamağı planlaşdırır. "SamMobile" saytı yazır ki, sözügedən cihaz iyulun ortasında çıxarılacaq. Qiyməti haqda məlumat açıqlanmayıb.

Beləliklə, "Samsung" şirkəti artıq üçüncü il ardıcıl qabaqcıl smartfonunun mini-modelini buraxacaq.
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, məlumata görə, "Galaxy S5 Mini" smartfonu 4,5 düymlük HD ekranı ilə təchiz ediləcək. Aparat 1,4 QHs takt tezlikli "Exynos 3 Quad" (370) prosessoru, 1,5 QB əməli yaddaş, 8 meqapiksellik (MP) arxa və 2,1 MP-lik ön kameralarla təchiz ediləcək.

Bundan başqa, "Galaxy S5 Mini" aparatında LTE modul, "Wi-Fi" (802.11n), "Bluetooth 4.0 LE", NFC və GPS modulları olacaq, həmçinin cihaza "Android" platformasının "4.4.2 KitKat" versiyası quraşdırılıb.

Emil Hüseynov




01/07/14    Çap et