Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada fəaliyyət göstərən şirkətlərin 50%-i “DDoS” hücumların “qurban”ı olub


Böyük Britaniyanın "BT Group" telekommunikasiya operatorunun araşdırmasına əsasən, 2013-cü ildə dünyada fəaliyyət göstərən şirkətlərin təxminən 41%-i "DDoS"-hücumdan (ing. Denial of Service − xidmətdən imtina) zərər görüb.

Ekspertlər dünyanın 11 ölkəsində fəaliyyət göstərən şirkətlərin İT menecerləri arasında sorğu keçiriblər.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, sorğuda iştirak etmiş təşkilatların 58%-i "DDoS" hücumlarla bağlı öz narahatlıqlarını ifadə ediblər. Böyük Britaniyada bu problem yerli şirkətlərin 36%-ni narahat edir. Britaniya təşkilatlarının 50%-i öz hesablama sistemlərinə hücum zamanı ani reaksiya ilə bağlı dəqiq plana malikdir. Amma yalnız hər onuncu respondent bildirib ki, onun şirkəti informasiya hücumlarına qarşı kifayət qədər resurslara malikdir.

Araşdırmaya əsasən, "DDoS" hücumdan sonra zərərçəkmiş şirkətin müştəriləri tərəfindən şikayət və müxtəlif məsələlərin sayı 33% artıb. Təşkilatda işin bərpasına orta hesabla təxminən 12 saat lazımdır.
"Akamai Technologies" şirkətinin 2014-cü ilin birinci rübü üzrə məlumatına əsasən, dünyada "DDoS" hücumların (41%) payına görə Çin birinci yerdə qərarlaşıb. ABŞ-da bu göstərici 11%, Rusiyada 2,9% təşkil edir.

Emil Hüseynov




01/07/14    Çap et