Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İBM” superkompyuteri haqqında ətraflı məlumat verib


“İBM” korporasiyası “Sequoia” adlı yeni nəsil superkompyuteri haqqında ətraflı məlumat verib. Məlumata görə, kompleksin əsasını “PowerPC A2” hesablama nüvəsindən istifadə edən “Blue Gene/Q” superkompyuter arxitekturası təşkil edir.

“Sequoia” üçün hazırlanan prosessorlar 18 nüvəli olacaqlar: onlardan 16-sı hesablamalar üçün, 1-i “Linux”un sistem proseslərinin saxlanılması üçün istifadə olunacaq. Daha 1 nüvə ehtiyat rolunu oynayacaq.

“BlueGene/Q” tərkibinə daxil olan çiplər “2 DDR3” yaddaş kontrolleri və 32 MB ikinci səviyyəli keş ilə təchiz olunacaqlar. Tranzistorların sayı təxminən 1,47 milyard təşkil edəcək; çiplərin istehsalı vaxtı 45 nanometr texnologiya tətbiq ediləcək. Takt tezliyi 1,6 QHz-dir.

“Sequoia” sistemində təxminən 1,6 milyon prosessor nüvəsi gücünü birləşdirmək planlaşdırılır. Əməli yaddaş tutumu 1,6 petabayt təşkil edəcək. Yeni superkompyuter təxminən 300-320 kvadratmetr sahə tutacaq.

“Sequoia” sisteminin hesab məhsuldarlığı 20 petaflopsa (saniyədə üzən vergüllə kvadrillion əməliyyat) qədərdir.

Superkompyuter Lourens adına ABŞ Energetika Nazirliyinin (LLNL) Livermorskoy milli laboratoriyası üçün yaradılır. Alimlər onu, həmçinin nüvə silahı sınaqlarının modelləşdirilməsi vaxtı istifadə etmək niyyətindədirlər. Kompleksin montajı 2012-ci ildə başlanacaq.




23/08/11    Çap et