Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti “Galaxy Tab 4” planşetinin satışlarına başlayıb


Cənubi Koreyanın “Samsung Electronics” şirkəti “Galaxy Tab” xəttinə yeni planşet modelini əlavə edib.

Yeni planşet hələ ki yalnız Cənubi Koreyada satılır, bu aparat Cənubi Koreyanın mobil operatorları tərəfindən istifadə edilən LTE standartı üzrə səsli rabitə xidməti göstərir.

“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 8 düymlük “Galaxy Tab 4” planşetinə “Android 4.4 KitKat” versiyası quraşdırılıb. Planşet 4450 milliamper/saat tutumlu batareya və 3 meqapiksellik arxa kamera ilə təchiz olunub. Cihazın qalınlığı 8,8 mm, çəkisi 341 qr təşkil edir.

“Samsung” şirkətindən verilmiş məlumata əsasən, şirkətin iyulda planşet üçün buraxacağı yeniləmə paketi ona çoxistifadəçili rejimdə (8 istifadəçiyədək) işləməyə imkan verəcək.

Emil Hüseynov




02/07/14    Çap et