Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azerfon”un sponsorluğu ilə növbəti “Azerbaijan Art Festival-2014”-ə start verilib


Azərbaycanın ilk "3G" operatoru "Azerfon" şirkəti iyulun 2-dən 30-dək keçiriləcək "Azerbaijan Art Festival-2014" layihəsinə sponsor dəstəyi  göstərir.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "Azerfon" şirkəti bu festivalın keçirilməsinə ikinci ildir ki dəstək olur.
 
"Baku Creativ Centerin" təşkilatçılığı ilə keçirilən festival çərçivəsində ölkənin on rayonuna – Astara, Lerik, Yardımlı, Lənkəran, Bərdə, Goranboy, Gəncə, Şəmkir, Qazax və Ağstafaya   turne təşkil ediləcək. Bu turne çərçivəsində qeyd olunan rayonlarda "master klass"lar təşkil ediləcək və gənc istedadlara köməklik göstəriləcək.
 
"Azerfon şirkəti korporativ sosial məsuliyyət istiqamətində apardığı fəaliyyətini əsasən iki istiqamət üzrə təşkil edib, bu, təhsil və incəsənət, mədəniyyət sahəsində layihələrdir. Ötən il bu layihə çərçivəsində bir çox gənc istedad aşkar edilib və biz bu ildə festivalın eyni uğurla keçəcəyinə inanırıq", - deyə "Azerfon" şirkətinin korporativ əlaqələr üzrə departamentinin rəhbəri Nigar Alpadarai  bildirib.
 
Aynur Vəliyeva
 




02/07/14    Çap et