Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Brauzer bazarında hansı şirkət hökmranlıq edir?
İnternet statistikanın toplanılması ilə məşğul olan “NetMarketShare” (“Net Applications” analitik şirkətinə məxsusdur) xidmətinin məlumatına görə, 2014-cü ilin iyununda “Internet Explorer” (IE) qlobal brauzer bazarında liderliyini qoruyub saxlayır. Mayda ikinci yerdə qərarlaşmış “Chrome” brauzeri ən yaxın izləyicisi “Firefox”dan xeyli aralanıb.
“Microsoft”un brauzeri yayın ilk ayında 53,38% bazar payına sahiblənib. “IE” brauzerinin on birinci versiyası dünya üzrə masaüstü və noutbukların 17.01%-nə quraşdırılıb. Bu dövr ərzində “Internet Explorer 10” versiyasının mövqeyi bir az zəifləyib.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, iyunda “Chrome” brauzerinin bazar payı 19,3% olub. Bir ay ərzində “Firefox” brauzerinin payı 1,3% azalıb.
Qeyd edək ki, son aylarda “Firefox”un populyarlığı davamlı azalıb. 2014-cü ilin əvvəlində bu brauzerin bazar payı 18%-dən aşağı düşüb. Bu müddətdə “Chrome” brauzeri “Firefox”u ötüb.
Yeni statistikada, həmçinin “Safari” və “Opera” brauzerləri haqda informasiya yer alıb. "Alma" məhsulunun payı 5,28% təşkil etdiyi halda, Norveç həllinin payı 1%-i güclə ötür.
Emil Hüseynov
02/07/14 Çap et