Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” musiqi yayım xidmətini satın alıb
"Google" korporasiyası hər bir konkret istifadəçinin istəyini nəzərə alaraq musiqi siyahısı yaratmağa imkan verən "Songza" musiqi yayım xidmətini satın alıb. Bu haqda "New York Times" qəzeti yazıb.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Google" və "Songza" şirkətləri razılaşmanın dəyəri haqda məlumat verməyiblər, amma qəzet yazır ki, məbləğ 39 milyon dollardan çox təşkil edib.
"Songza" xidməti, həmçinin günün vaxtı, məşğuliyyət, əhval-ruhiyyədən asılı olaraq istifadəçi üçün musiqi siyahısı seçməyə imkan verir.
"Google" rəsmiləri bəyan ediblər ki, yaxın gələcəkdə "Songza" şirkətində heç bir dəyişiklik planlaşdırılmır. Amma bir neçə ay sonra şirkət xidməti "Google Play Music" və "YouTube" ilə inteqrasiya etmək istəyir.
2013-cü ilin sonunda "Songza" xidmətinin auditoriyası 5,5 milyondan çox olub.
Emil Hüseynov
02/07/14 Çap et