Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əməliyyat sistemləri bazarındakı vəziyyət araşdırılıb


“Windows 8” əməliyyat sisteminin irəliləyişi ilə bağlı bütün cəhdlərə baxmayaraq, bu əməliyyat sisteminin populyarlığı heç də ürəkaçan deyil. “Net Applications” analitikləri ƏS-dən istifadə haqda yeni  statistika təqdim ediblər.
 
Qeyd edək ki, “Windows 8” sisteminin bütün sələfləri yayın başlanğıcında artım qeydə alıblar. Dünya üzrə fərdi kompüterlərin 50,55%-də quraşdırılmış “Windows 7” platforması ötən ay bazar payını 0,49% artırıb.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Microsoft”un “Windows XP” platformasının dəstəyini dayandırmasına baxmayaraq, iyunda bu əməliyyat sisteminin payı 0,04% artıb. ƏS-nin payı hazırda 25,31% təşkil edir. “Windows Vista” platformasında bu göstərici 2,95%-ə bərabərdir.
 
1993-1995-ci illərdə buraxılmış “Windows NT” əməliyyat sistemi indiyədək 0,14% fərdi kompüterdə istifadə olunur. “NT Windows 2000” sisteminin payı 0,02% artıb.
 
Əməliyyat sistemləri arasında rəqabətə nəzər salsaq, “Windows” əvvəlki kimi aşkar liderdir. Əməliyyat sistemləri bazarının 91.53%-nə “Microsoft” nəzarət edir.
 
Emil Hüseynov




02/07/14    Çap et