Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa İttifaqında rouminq tarifləri iki dəfədən çox ucuzlaşıb


İyulun 2-dən etibarən Avropa İttifaqı (Aİ) ölkələrində rouminq tariflərinin azaldılmasına dair qərar qüvvəyə minib. Məlumat rouminqi ötən ilin yayı ilə müqayisədə 55 faizdən çox ucuzlaşıb.

Operatorlar üçün rouminq tarifi bir meqabayta görə 0, 20 avro, bir dəqiqəlik danışıq üçün 0,19 avro müəyyənləşdirilib.  

Avropa Komissiyasının rəqəmli inkişaf məsələləri üzrə komissarı Nelli Kroes 2015-ci ilin sonunadək rouminq üçün ödənişi tam ləğv etmək niyyətindədir. Lakin bu təklif Aİ ölkələrinin rabitə nazirləri tərəfindən dəstəklənəcəyi təqdirdə həyata keçə bilər. 

N.Kroesin sözlərinə görə, hazırda Aİ-nin altı ölkəsində rouminq üçün ödənişsiz tarif planları qüvvədə olsa da, bu, yetərli deyil və ödənişin ləğv edilməsinə görə mübarizə davam edir. Aİ təmsilçisinin fikrincə, operatorların gəliri azalmayacaq. Rouminq tariflərinin ucuzlaşdırılması xarici ölkələrə səfər edən abunəçilərə telefonla daha çox danışmağa stimul verəcək ki, bu da qiymətlərin ucuzlaşdırılması nəticəsində yaranan itkiləri kompensasiya etməklə yanaşı, gəlirləri artıracaq. Bu, investisiyaların həcminə də təsir göstərməyəcək. Xanım N.Kroes vurğulayıb ki, rouminq üçün ödəniş operatorların gəlirlərinin yalnız cüzi hissəsini təşkil edir və indiyədək rouminq investisiyaların yatırılması üçün vəsait mənbəyi olmayıb.  

Qeyd edək ki, 2010-cu ildən Aİ-də məlumat rouminqi üçün tariflər 95 faiz ucuzlaşıb. Bununla yanaşı, zəng və mətnli bildirişlər üçün tariflərin minimum 20 faiz aşağı salınacağı gözlənilir, - "Computerworld www.osp.ru" yazır. 




02/07/14    Çap et