Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Texniki Universitetində “NGN” tipli stansiya istifadəyə verilib


Azərbaycan Texniki Universitetində (AzTU) “NGN” tipli stansiya açılıb.
 
Universitetdən verilən məlumata görə, müasir İKT texnologiyalarının tətbiqi sahəsində dünyada öncül mövqelərdən birinə sahib olan “İskratel” şirkəti AzTU-ya NGN tipli stansiya təqdim edib və universitetdə tədris mərkəzi yaradılıb. Bu, gələcəkdə universitetin rabitə ixtisası üzrə məzunlarına birbaşa istənilən operatorda işlə təmin olunub, peşəkar şəkildə NGN tipli stansiyaların istismarını həyata keçirmək imkanı verəcək.

Tədris mərkəzindəki yeni texnika və texnologiyadan İKT sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında, eləcə də ölkəmizin müxtəlif təşkilatları üçün mütəxəssislərin ixtisaslarının artırılmasında geniş istifadə ediləcək.
 
Məlumat üçün bildirək ki, Next Generation Network (NGN)-gələcək nəsil şəbəkələri mənasını verən bu sistem özündə həm standart analoq telefon xidmətlərini, həm də genişzolaqlı internet xidmətlərini əhatə edir. Yeni texnologiyanın özəlliyi vahid platforma əsasında müxtəlif növ telekommunikasiya xidmətləri göstərməsindədir.
 
Qeyd edək ki, “İskratel” şirkəti Azərbaycanda ilk olaraq “Aztelekom” İstehsalat Birliyi və Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ilə sıx əlaqələr yaradıb, ölkəmizdə TDM texnologiyalı stansiyalar qurulub.
 
CAHANGİR
 
 




03/07/14    Çap et