Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fiziki qüsurlu uşaqlara xüsusi kompüter avadanlıqları verilib
Azərbaycanda əlilliyi olan insanlar üçün kompüter avadanlığı gətirərək uşaq inkişaf mərkəzlərinə və inklüziv ümumtəhsil müəssisələrinə bağışlanılıb.
“İnkişaf Naminə idman” İB-nin və “Bakcell” şirkətinin Korporativ Sosial Məsuliyyət (KSM) proqramının dəstəyi ilə həyata keçirilən “Bərabər imkanlar və inklüziyaya aparan yol” adlı layihə müxtəlif dərəcəli əlilliyi olan uşaqların kompüter sahəsində bilik və bacarıqlarının artırılmasını, əlilliyi olan uşaqların valideynləri arasında bilik, bacarıq və təcrübə mübadiləsinin təşkilini və ölkədə fəaliyyət göstərən uşaq inkişaf mərkəzlərinə və inklüziv ümumtəhsil müəssisələrinə fiziki qüsurlu yeniyetmələrin ehtiyaclarına uyğunlaşdırılmış yardımçı kompüter avadanlığının təqdim olunmasını əhatə edir.
Yardımçı texnologiyalar dedikdə əlilliyi olan insanın kompüterdən istifadəsini asanlaşdıran istənilən avadanlıq nəzərdə tutulur.
Qeyd olunmalıdır ki, əlilliyi olan insanlar onların ehtiyaclarına uyğunlaşdırılmamış kompüterlərdən istifadə etməkdə əksər vaxtı çətinlik çəkirlər. Bu insanların kompüterdən səmərəli istifadəsini təmin etmək üçün uyğunlaşdırılmış monitor, klaviatura və s. avadanlığın olması vacibdir.
Kompüter texnologiyalarının müyəssərliyi inklüziyanın tələblərindəndir və bunu nəzərə alaraq, layihə çərçivəsində əlilliyi olan insanlar üçün alternativ monitor, klaviatura və “mouse” “Bakcell” şirkəti tərəfindən İngiltərədə bu istiqamətdə ixtisaslaşmış “İnclusive Technology Ltd”-dən alınaraq Bakıya gətirilib.
SEYMUR
03/07/14 Çap et