Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir Qax rayonunda telekommunikasiya, internet, poçt, radio və televiziya xidmətləri ilə bağlı vətəndaşlarla görüşəcək


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iyul ayının 5-i saat 09:30-da Qax rayonunda (Qax, Zaqatala, Balakən, Şəki, Oğuz) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

    Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

    Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar,  zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Qax rayonunda 255-29-80

Zaqatala rayonunda  225-29-99

Balakən rayonunda 295-25-11

Şəki rayonunda 244-87-90

Oğuz rayonunda 215-29-99
 
 
nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Mətbuat Xidməti
 
 
 
 
 
 
 
 




03/07/14    Çap et