Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Azərkosmos" yer səthinin müşahidə peykinin istehsalı ilə bağlı tenderin müddətini bir neçə ay uzadıb
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, "Spot 7" peykinin orbitə buraxılması "Airbus Defence və Space" və "Azərkosmos" ASC arasında strateji əməkdaşlıq və peyklərdən birgə istifadəyə dair bu ilin may ayında imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində atılmış mühüm addımdır.
"Bununla yanaşı, qeyd etmək istərdim ki, "Azərkosmos" yer səthinin müşahidə peykinin istehsalı ilə bağlı tenderin müddətini bir neçə ay uzadıb. Tenderin vaxtının uzadılması, bu layihə çərçivəsində olduqca yüksək keyfiyyətli peykin istehsalına hesablanıb. Bu ilin sentyabr ayında tenderin başa çatması gözlənilir", - deyə nazir bildirib.
Aynur Vəliyeva
03/07/14 Çap et