Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” videoreklamla məşğul olacaq?


“Facebook”un mətbuat xidməti yazır ki, sosial şəbəkə videoreklamların  yerləşdirilməsi üçün “LiveRail” platformasını satın alıb.
 
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, şirkətlər sazişin şərtlərini açıqlamayıblar. “TechCrunch” nəşri yazıb ki, “LiveRail” platforması “Facebook” şirkətinə 500 milyon dollara başa gəlib.
 
2007-ci ildə yaradılmış “LiveRail” videoreklamın yerləşdirilməsi üçün platforma rolunu oynayır. Xidmətin müştəriləri arasında təxminən 200 müxtəlif şirkət, həmçinin ABŞ-ın “ABC” televiziya şirkəti, “Conde Nast” nəşriyyat evi və Fransanın “Dailymotion” videohostinqi var. “LiveRail” resurslarında aylıq təxminən 7 milyard videoçarx nümayiş etdirilir.
 
“Facebook” 157 milyard dollar kapitallaşdırmaya (NASDAQ) malik dünyanın ən böyük sosial şəbəkəsidir. 2014-cü ilin birinci rübündə “Facebook” sosial şəbəkəsinin xalis gəliri 642 milyon, mədaxili 2.5 milyard dollar təşkil edib. Sosial şəbəkənin aylıq auditoriyası 1,28 milyard istifadəçi təşkil edir. Şirkət 2004-cü ildə Mark Zukerberq tərəfindən yaradılıb.
 
Emil Hüseynov




03/07/14    Çap et