Mobil işçilərin sayının artması “bulud” hesablamaları bazarının inkişafına kömək edir
ABŞ və Avropada getdikcə daha çox təşkilatlar xərcləri azaltmaq və İT prosesləri optimallaşdırmaq məqsədilə “bulud” texnologiyalarından yararlanmağa başlayır. ABŞ şirkətləri yeni texnologiyaların daha çox yayılması və daha əlverişli makroiqtisadi vəziyyət sayəsində “bulud” texnologiyalarının tətbiqi sahəsində avropalı həmkarlarını üstələyir.
Belə ki, “Frost & Sullivan” şirkətinin “Bulud” texnologiyalarının ABŞ və Avropa müəssisələrində gələcəyi” (Future of Cloud Computing Technologies in Enterprises in the United States and Europe) adlı yeni tədqiqatına əsasən, “bulud” həllərdən istifadə edən hər 10 istifadəçidən 6-sı (57 faiz) “bulud” texnologiyalarının üstünlüyünə əmindir, 43 faizi bu texnologiyanı ləng tətbiq edir və ya ona mənfi yanaşır. Hazırda “bulud” texnologiyalarından istifadə edən ABŞ-ın 70 faiz, Avropanın 56 faiz respondenti bu həlli səmərəli hesab edərək sözügedən texnologiyanın təsirinin onların daha çox yayılmasına səbəb olacağını qeyd edirlər.
“Bulud” texnologiyalarının üstünlüyünə əmin olan istifadəçilərin əksəriyyəti ABŞ-da, xüsusilə istehsal sahəsində işçi heyəti 20-500 və 10 min nəfərdən çox olan şirkətlərdə fəaliyyət göstərir. Lakin gələcəkdə “bulud” texnologiyalarının ABŞ-ın kiçik biznes müəssisələri və dövlət sektorunda tətbiqinin genişlənəcəyi gözlənilir”, - “Frost & Sullivan”-ın analitiki Karolina Oljevska bildirib.
ABŞ və Avropa müəssisələrində rəyi soruşulanların yarısı korporativ kommunikasiya həllərinin 50 faizini artıq “bulud” texnologiyalarına keçirib. Növbəti üç il ərzində şirkətlərin təxminən dörddə bir hissəsi İKT həllərinin 76 faizini “bulud” texnologiyalarına keçirəcəyi gözlənilir.
Hər iki regionda elektron poçt serverləri və birgə iş üçün əlavələr “bulud” mühitinə keçən korporativ kommunikasiya sistemləri siyahısında liderdir. Lakin “bulud” texnologiyaları istifadəçilərinin yalnız 27 faizin telefoniya sistemlərini “bulud” mühitinə inteqrasiya edib. Qeyd olunan həllər arasında birgə iş üçün əlavələr daha çox artım imkanına malikdir, - "Cybersecurity
www.cybersecurity.ru” yazır.