Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bir milyona yaxın danimarkalının fərdi məlumatı səhvən açıq internetdə yayımlanıb


Təxminən 900 min danimarkalının sosial sığorta nömrəsi bir saat ərzində açıq internetdə yayılıb. Bu barədə “Ritzaus Bureau” agentliyi məlumat verib.

Bu identifikasiya nömrələri danimarkalılar tərəfindən inzibati orqan və ya maliyyə idarələri ilə telefon əlaqəsi, eləcə də tibbi xidmətlərdən yararlanan zaman şəxsiyyəti təsdiq etmək üçün istifadə olunur.  
Nömrələr səhvən “CSC” (Computer Sciences Corporation) kompüter şirkəti tərəfindən Danimarka şirkətlərindən reklam elanları almaq istəməyən vətəndaşların məlumat bazasına daxil edilib.

“CSC” şirkəti müqavilə əsasında müxtəlif dövlət idarələrinin məlumat bazasının saxlanılmasını, mühafizəsi və idarəetməsini təmin edir. 2012-ci ildə şirkət serverlərə müdaxilə edərək çoxlu məxfi faylları – vətəndaşların sürücülük vəsiqəsi, o cümlədən sosial sığorta nömrələri, Şengen ölkələri zonasında axtarışda olan şəxslər haqqında məlumatları ələ keçirən hakerlərin qurbanı olub.

51 dəqiqə ərzindən açıq internetdə olan identifikasiya nömrələrinin siyahısı 18 dəfə yüklənib.
“Bu, səhv də olsa, gərək baş verməyəydi. Biz onun mümkün nəticələrini diqqətlə öyrənəcəyik”, - iqtisadiyyat və daxili işlər naziri Marqrete Vestaqer deyib. O, vətəndaşların fərdi məlumatlarının yayılmasına görə üzr istəyib.  


Bununla belə, əksər siyasi partiyalar və ictimai təşkilatlar insident nəticəsində mövcud məxfi məlumatlar bazası idarəetmə sistemindən imtina etməyi tələb edərək onu riskli hesab etdiyini bəyan edib”, - “İTAR-TASS www.itar-tass.com” yazır.




04/07/14    Çap et