Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Suriyalı hakerlər İsrail Müdafiə Ordusunun “Twitter” mikrobloquna müdaxilə ediblər
Hakerlər cümə axşamı İsrail Müdafiə Ordusunun “Twitter” hesabına müdaxilə ediblər. Kibertəhlükəsizlik üzrə hərbi ekspertlər bir neçə ərzində ordunun mikrobloqu üzərində nəzarəti bərpa etməyə müvəffəq olub.
"Biz səhv mesajlara görə üzr istəyirik, bizim mikrobloqumuza medaxilə olunub" – İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Piter Lerner deyib. "Biz kiberməkan daxil olmaqla bütün istiqamətlərdə terrorizmlə mübarizə aparacağıq" – o deyib.
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Suriya Elektron Ordusu İsrail ordusunun “Twiiter” mikrobloquna müdaxiləyə görə məsuliyyəti öz üzərinə götürüb.
Emil Hüseynov
04/07/14 Çap et