Sinqapur ilk nanopeykini uğurla yerətrafı orbitə buraxıb
Sinqapurun ilk nanopeyki uğurla yerətrafı orbitə çıxarılıb. Bu barədə “Channel News Asia” nəşri məlumat verib. Peykin 2-3 aydan sonra fəaliyyətə başlayacağı gözlənilir.
Nanyan Texnoloji Universitetinin alim və tələbələri tərəfindən yaradılan “Velox-1” peyki texniki xüsusiyyətlərinə görə unikaldır. Belə ki, nanopeykdə ölçüsünə görə adi mobil telefonu ötməyən “Velox-Р3” pikopeyki quraşdırılıb.
Peykin başlıca vəzifəsi qrafik informasiyanın toplanması və ötürülməsi, eləcə də müxtəlif texnologiyaların, o cümlədən peyklərarası rabitənin yoxlanılması olacaq. Hazırda orbitdə artıq qeyd olunan universitet tərəfindən yaradılan iki peyk var.
İlk nanopeykin buraxılması iyunun 30-da Hindistanın raketdaşıyıcısı vasitəsilə Şriharikota adasında yerləşən kosmodromdan həyata keçirilib.
Qeyd edək ki, ötən ilin əvvəlində Sinqapurda bütün elmi mərkəzlərin işini koordinasiya edən Kosmik Texnologiyalar və Sənaye İdarəsi yaradılıb, - “İTAR-TASS
www.itar-tass.com” yazır.