Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu antivirus proqram təminatı alır
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu antivirus proqram təminatının satınalması üzrə kotirovka sorğusu elan edib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan Dövlət Sosial Müdafiə Fondu server və kompüterlər üçün antivirus proqram təminatının satın alınması kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar 012-434-61-09 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər iyulun 7-dək qəbul olunur.
Aynur Vəliyeva
04/07/14 Çap et