Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Moskva Energetika İnstitutu arasında əməkdaşlıq haqda saziş imzalanıb
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Moskva Energetika İnstitutu ilə əməkdaşlıq haqda saziş imzalanıb.
Sənəd Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnsan Resurslarının İnkişafı Fondunun icraçı direktoru İsbəndiyar Əliyev və Rusiyanın Milli Tədqiqat Universiteti (Moskva Energetika İnstitutu)nin rektoru Nikolay Roqalyov tərəfindən imzalanıb.
Razılaşma nazirliyin İnsan Resurslarının İnkişafı Fondu ilə Moskva Energetika İnstitutu arasında intellektual və maddi texniki potensialın inkişafı sahəsində qarşılıqlı əməkdaşlığın qurulmasını nəzərdə tutur.
04/07/14 Çap et