Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın 10 ildə azad internet üçün əsas təhlükələr hansılardır?


“Pew Research” mərkəzi tərəfindən aparılan “2014 Future of the Internet” adlı tədqiqat çərçivəsində ekspertlərə yaxın on ildə azad internet üçün hansı təhlükələrin gözlənilməsi ilə bağlı sual ünvanlanıb.

Min dörd yüz respondentin əksəriyyəti bildirib ki, ən azı 2025-ci ilədək internetin tənzimlənməsi sahəsində və sərbəst informasiya mübadiləsi üsullarında mənfi dəyişikliklər gözləmir.

Belə ki, elmi-texniki tərəqqi davam edir, yeni iş imkanları açılır, yeni onlayn əyləncə növləri və ünsiyyət vasitələri yaranır.

Lakin rəyi soruşulan ekspertlərin 35 faizi internetin gələcəyi ilə bağlı müəyyən narahatlığını ifadə edib. Onlar internetə ziyan vuracaq bir neçə səbəbi qeyd ediblər. Aşağıda göstərilən səbəblər daha çox səslənib:  
 
1. Dövlət hökumətlərinin təhlükəsizliyin və siyasi nəzarətin təmini ilə bağlı fəaliyyətləri kontentin bloklanmasının və filtrasiyasının güclənməsinə, internetin seqmentləşdirilməsinə və tənəzzülünə səbəb olacaq.
 
2. İnternetdə inam istifadəçilərin gələcəkdə daha da güclənəcək dövlət və korporativ izlənməsi nəticəsində itə bilər.

3. İnternet arxitekturası və informasiya axınları daxil olmaqla bütün elementlərə kommersiya təzyiqi azad internet strukturu üçün təhlükə törədir.  

4. İnformasiya bolluğu problemini yoluna qoymaq cəhdləri həddən artıq ola bilər ki, bu da azad informasiya mübadiləsini çətinləşdirəcək, - “Xaker www.xakep.ru” yazır. 
 




05/07/14    Çap et