Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan şirkəti Əfqanıstan paytaxtının ünvan reyestri sisteminin hazırlanmasında iştirak edir


Azərbaycanın “SİNAM” şirkəti Əfqanıstanın paytaxtı Kabil şəhərinin ünvan reyestri sisteminin hazırlanmasında iştirak edir.
 
Şirkətin rəhbəri Elçin Əliyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “SİNAM” Kabil üçün ünvan reyestri sisteminin təkmilləşdirilməsi üzrə məsləhət xidmətlərini  göstərir.
 
Qeyd edək ki, “SİNAM” şirkətinin Azərbaycanda ünvan reyestri sistemi və elektron xəritələrin hazırlanması sahəsində uğurlu təcrübəsi olduğuna görə digər ölkələrdə həyata keçirilən bu cür layihələrdə asanlıqla iştirak edə bilir.
 
Aynur Vəliyeva




05/07/14    Çap et