Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnsanın beyinində nə qədər informasiya saxlanılır?
İnsanın beyinində nə qədər informasiya saxlanılır? Bu, düşünüldüyü kimi çox deyil. "Veritasium" elmi-maarifləndirici kanalının məlumatına görə, insanın bütün genetik informasiyası 1,5 QB tutumunda yaddaşdan ibarətdir.
"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, insan orqanizmi təxminən 40 trilyon hüceyrədən ibarətdir. Bu hüceyrələrin hər biri bizim genetik kodumuzun 1,5 QB tutumunu saxlayır.
Beləliklə, hər bir insan təxminən 60 sekstibayt (1 sekstibayt = 1024 ekzabayt = 1 180 591 620 717 411 303 424 bayt) tutumunda informasiya saxlayır.
"Veritasium" kanalından bildirilib ki, 2020-ci ildə bütün dünyada saxlanılan informasiyanın həcmi 40 sekstibayta çatacaq.
Yalnız bir "amma" var! Biz öz genetik informasiyamızın 99.9%-ni planetin digər insanları ilə paylaşırıq. Bizi unikal edən informasiyanın tutumu bir sekstibaytdan azdır.
Emil Hüseynov
05/07/14 Çap et