Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Millikart” Mobil Nömrə Daşınması xidməti ilə bağlı yenilik edib


“MilliKart Group” kart istifadəçilərinin əməliyyatları haqqında dərhal sms-xəbərdarlıqlarını fasiləsiz almaları üçün Mobil Nömrə Daşınması xidməti ilə əlaqədar olaraq “SMS Banking” xidmətinə yeni funksional əlavə edib.
 
“Millikart”dan verilən məlumata görə, kart sahibləri bir neçə sadə əməliyyat ilə nömrələrinin daşınması haqqında məlumat verə bilərlər:
 
1.CHANGE <mobil_number> <operator> mesajı göndərməklə müştərinin sistemdə qeyd olunan mobil nömrəsini <mobil_number>-a və bu nömrəyə bağlı olan kartlar siyahısındakı birinci kart üçün operatoru <operator>-a dəyişmək mümkündür (məs. change +99450xxxxxxx Bakcell).
 
2.CHANGE  <card_no> <mobil_no> <operator> mesajı göndərməklə müştərinin <card_no> kartı üçün mobil nömrəni <mobil_number>-a və operatoru <operator>-a  dəyişmək mümkündür (məs. change xxxx +99450xxxxxxx Nar Mobile).
 
Qeyd edək  ki, <operator> parametri  “Azercell”, “Bakcell” və ya “Nar Mobile”, <card_no> parametri isə kartın son 4 rəqəmini bildirir.
 
Eyni zamanda banklar veb interfeysdə (http://smsbank:7080) CHANNEL_ID parametri ilə müştərinin mobil nömrəsini aid olduğu operatora dəyişdirə bilər.
 
Xatırladaq ki, Mobil Nömrə Daşınması xidməti abunəçilərə mobil nömrələrini dəyişmədən istənilən mobil operatorun şəbəkəsinə qoşulmaq imkanını verir.
 
CAHANGİR
 




07/07/14    Çap et