Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan internet xidmətləri bazarında “Aztelekom”un payı artıb


Azərbaycan internet xidmətləri bazarında iki dövlət provayderi arasında kəskin rəqabət gedir.

 “Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında iki dövlət provayderi arasında rəqabət güclənib və nəticə olaraq birinci yerə çıxmasa da “Aztelekom” göstəricisini müsbət şəkildə dəyişib.

 Hesabat dövründə, ənənəvi olaraq reytinqdə ilk beşliyə daxil olan “Bakinternet”, “Uninet”, “Aztelekom”, “Azeronline”, “DataPlus” şirkətlərinin kəskin rəqabəti ötən ay da davam edib, lakin bu, onların mövqelərinə təsir göstərməyib. Belə ki, son bir ay ərzində “Bakinternet” dövlət internet provayderinin bazar payı 19% azalaraq 21,37% təşkil edib, “Aztelekom”un payı 18,2% artaraq 14,13% olub, “Uninet”in payı 2,6% azalaraq 12,69% təşkil edib. “Azeronline”nın bazar payı 9,2% artaraq 10,12%, “Dataplus” şirkətinin bazar payı 5,8% artaraq 6,69%, “Connect” şirkətinin bazar payı 5,6%, “Azqtel”in payı iki dəfə artaraq 5% təşkil edib.

Onların ardınca 3,05% bazar payı ilə “Ultel”, 3,5%  “Castel”, 2,9% “Adanet”, 3,02% “Azstarnet”, 2,4 “Smart”, 1,56% “Avirtel”, 1,4%  “Azeurotel”, 1,5%  “Nakhchivan”, 1,03%  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi qərarlaşıblar. Digər provayderlər bazarda çox kiçik - 1%-dək paya malikdirlər.

Qeyd edək ki, ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.
 
Aynur Vəliyeva
 
 




07/07/14    Çap et