Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mercedes-Benz” 2025-ci ilədək avtopilot sistemi ilə təchiz olunmuş yük maşını istehsal edəcək


“Mercedes-Benz” şirkəti alman avtobanında yüksək sürətlə avtopilotda gedən yük avtomobilini nümayiş edən video dərc edib.
 
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, maşında “Highway Pilot” sistemi tətbiq ediləcək.
 
Bu sistem yük maşınının hər tərəfinə quraşdırılmış kamera və radarlar vasitəsi ilə maneələri ötüb keçməyə imkan verəcək. “Mercedes-Benz” 2015-ci ilədək qeyd edilən avtomobil modelini buraxmaq niyyətindədir.
 
 Lakin onun bazara çıxarılması üçün hökumətin, pilotsuz nəqliyyat vasitələrinin ümumistifadəli traslarda nəql etməsinə icazə verən qanun qəbul edilməsi tələb olunur.
 
Aynur Vəliyeva




07/07/14    Çap et