Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2014-cü ildə qlobal kompüter, telefon və planşet bazarının həcmi 4.2 faiz artacaq
İT sahəsində aparıcı tədqiqat və konsaltinq şirkətlərindən biri olan “Gartner” şirkətinin hesabatına əsasən, qlobal kompüter texnikası və mobil telefon bazarının (fərdi kompüter, planşet, telefon və smartfonlar) həcmi 2014-cü ildə 4.2 faiz artaraq 2,4 milyard qurğuyadək artacaq.
Xatırladaq ki, 2013-cü ildə 9.5 faiz azalma qeydə alınıb.
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, 2014-cü ildə telefonların satış həcmi ötən illə müqayisədə 3.1 faiz artaraq 1,9 milyard qurğu təşkil edəcək.
“Gartner” şirkətindən bildirilib ki, smartfonların satış həcmi telefon bazarında üstünlük (66 faiz) təşkil edir və bu tendensiya gələcəkdə saxlanılacaq.
2014-cü ildə fərdi kompüter bazarında (masaüstü kompüterlər və noutbuklar) azalma tempi qalacaq.
Cari ildə planşet bazarında artım tempi zəifləyəcək, ancaq satış həcmi əvvəlki kimi artmağa davam edəcək. Ötən illə müqayisədə sözügedən bazarın həcmi 23,9 faiz artaraq 256 milyon qurğu olacaq.
Emil Hüseynov
07/07/14 Çap et