Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-a uçan təyyarələrə enerjisiz akkumulyatorlu qurğuların gətirilməsi qadağan edilib


ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyası başqa ölkələrdən ABŞ-a uçan təyyarələrin sərnişinlərinə uçuş aparatının bortunda tamamilə enerjisiz akkumulyatorlu elektron qurğuların gətirilməsini qadağan edib.
 
Bu addım terror aktları riskinə görə yüksək təhlükəsizlik tədbirlərinin görülməsi ilə izah olunur.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, aeroportlarda təhlükəsizlik xidmətlərinin nümayəndələri eniş edən təyyarənin sərnişinlərdən mobil telefon, noutbuk və ya başqa elektron qurğunu işə salmağı tələb edə bilərlər.
 
Batareya tamamilə enerjisiz olduğu halda, onu təyyarənin bortunda aparmağa icazə verilməyəcək.
 
Emil Hüseynov
 




07/07/14    Çap et