Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ISIS” mobil ödəmə sistemi adını dəyişdirir


ABŞ-ın üç böyük mobil operatoru tərəfindən yaradılmış "ISIS" mobil ödəmə sistemi eyni adlı terror qrupuna görə adını dəyişdirir.

"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, marketoloqlar bildiriblər ki, bu, "ISIS" mobil ödəmə sistemini yaratmış "AT&T", "Verizon Communications" və "T-Mobile US" operatorları üçün pis xəbərdir, çünki şirkətlər son üç ildə sistemi məhz bu ad altında inkişaf etdiriblər.

"Biz zorakılıq və qəddarlıq əlamətləri ilə tanınan qrupla eyni ada malik olmaq istəmirik" –  "ISIS"-in direktoru Maykl Ebbott deyib.

Emil Hüseynov




08/07/14    Çap et