Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Maliyyə Nazirliyinin FARABI layihəsinin II mərhələsi 2015-ci ildə başa çatacaq


“Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları” avtomatlaşdırılmış informasiya sisteminin (FARABI) tətbiqinin II mərhələsi 2015-ci ilin mayında başa çatacaq. Maliyyə Nazirliyi tərəfindən  həyata keçirilən layihə Dünya Bankı tərəfindən dəstəklənir.
 
Büdcə təşkilatlarında və büdcədən maliyyələşdirilən təşkilatlarda maliyyə və mühasibat uçotu hesabatlarının mərkəzləşdirilmiş qaydada, “bulud” texnologiyaları əsasında aparılmasını təmin edən FARABİ layihəsi “SİNAM” şirkəti tərəfindən tətbiq olunur.  Layihə çərçivəsində sənədləşmə Milli Mühasibat Uçotu Standartları (MMUS) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) əsasında aparılır.
 
II mərhələdə FARABİ layihəsinə daha 60 təşkilatın qoşulması nəzərdə tutulmuşdur. İlkin mərhələdə sistemə 39 büdcə təşkilatları və büdcədən maliyyələşdirilən təşkilatlar qoşulmuşdur.
 
Sistemin əsas prinsipləri və üstünlükləri aşağıdakılardır:
 
 
 
 
 
 
 
 
 
 
 
 
 




08/07/14    Çap et