Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” coğrafiya biliklərinə əsaslanan oyun təqdim edib


 “Google” şirkətinin xəritə servisi “Ağıllı sancaq” adlı interaktiv coğrafi oyun təqdim edib.


  “ICTnews” xəbər xidmətinin məlumatına əsasən, istifadəçilərə cavabı şəhər və ölkələrin coğrafi adları ilə bağlı olan tapmacalar tapmağı təklif edilir. Suala cavab vermək üçün coğrafi nöqtəyə, “Google Maps”da axtarış nəticəsinin işarələndiyi sancaq qoymaq tələb olunur.
 
Oyunçuların topladıqları xallar coğrafi millərlə ölçülür. İlkin mərhələdə hər bir istifadəçiyə bir min mil təqdim edilir. “Sancaq” nə qədər yaxın qoyulsa, o qədər çox bonus milləri toplamaq olar. İstifadəçi səhv etdikdə isə onun hesabından səhv etdiyi məsafə qədər bal çıxılır.

Oyunda bir neçə sual kateqoriyası mövcuddur. Bəzilərində söhbət məşhur filmlərin  hadisələrinin baş verdiyi yerlərdən, digərlərində - bu və ya digər məhsulun istehsal edildiyi yerdən gedir.

Bu, “Google Maps”a əsaslanmış yeganə oyun deyil. Əlavələr dükanında ”GeoGuesser” servisi də mövcuddur ki,  bu xidmət şəhər və ölkələri “Street View” panoramları ilə müəyyən etməyi təklif edir.
 
Bununla yanaşı, “Google” müntəzəm olaraq müxtəlif bayramlar ərəfəsində xüsusi mini-oyunlar təqdim edir. Misal üçün, aprelin 1-də “Google” istifadəçilərinə mobil əlavəsində pokemonlar axtarmağı təklif edib.
 
Aynur Vəliyeva
 




08/07/14    Çap et