Finlandiya fizikləri maqnit məlumatların ötürülməsini sınaqdan keçiriblər
Hazırda əksər smartfonlar adətən “GPS” sistemi tərəfindən istifadəçinin naviqasiyada hərəkətini müəyyənləşdirmək üçün istifadə olunan maqnitometrlərlə (maqnit sahəsi cihazları) təchiz edilib.
Finlandiyanın Oulu Universitetinin fizikləri tərəfindən hazırlanan yeni "Pulse” sistemi smartfonların məlumatların qəbulu üçün maqnitometrdən (qonşu elektromaqnitlə yaradılan dəyişkən maqnit sahəsi şəklində) istifadə edir.
Tədqiqatın aparıcı müəllifi Vassilis Kostakosun sözlərinə görə, o, həmkarları ilə birlikdə “Android” mobil əməliyyat sistemli smartfonlar arasında məxfi elektromaqnit rabitə sistemini yaradaraq sınaqdan keçirib.
Sınaq zamanı alimlər internet ünvanları və ya “MIDI” kimi müxtəlif məlumatları əvvəlcə dəyişkən maqnit sahəsində kodlaşdıraraq sonradan elektromaqnitdən telefona ötürüblər.
“Bu, informasiyanın real vaxt rejimində translyasiya olunduğu canlı dinamik kanaldır”, - V.Kostakos bildirib.
“Pulse” sistemi məlumatların birtərəfli rabitə ilə kiçik məsafələrə saniyədə 44 bit sürətlə ötürülməsi üçün istifadə oluna bilər. Tədqiqat müəllifi qeyd edir ki, “Pulse” “QR” kodlar və “NFC” sistemlərinin analoqu olsa da, onları əvəz etmək üçün deyil, əlavə protokol kimi hazırlanıb.
Alimlər “Pulse”un çatışmazlıqlarını da vurğulayıblar. Belə ki, yeni sistemlə informasiyanın ötürülmə sürəti yüksək deyil, eləcə də sistem iki santimetr məsafədə işləyir. Lakin “Pulse”dan “NFC” ödənişlərin ötürülməsi üçün istifadə edilsə, bu çatışmazlıq onun üstünlüyünə çevrilər. Maqnit məlumat mübadiləsi sistemi smartfon terminalın iki santimetrliyinə yaxınlaşdırılmayınca və maqnit “NFC” ödənişin aktivləşdirilməsi üçün təhlükəsizlik kodu göndərilməyincə (əks halda ödənişi istifadəçiyə yaxınlaşmaqla gizlicə həyata keçirmək olar) ödənişin ötürülməsi təmin edə bilmir.
“Bizim sistem məlumatların kiçik məsafələrə qısa müddətə ötürülməsi üçün idealdır. Müxtəlif növ elektron ödənişlərin edilməsi üçün “Pulse” ən yaxşı vasitə ola bilər”, - V.Kostakos əlavə edib.
Sürətə gəldikdə, alimlər qeyd edirlər ki, maqnit məlumat ötürülməsinin sürəti “Wi-Fi” və ya “Bluetooth” texnologiyaları ilə müqayisədə saniyədə 44 bit aşağıdır.
Cari ilin sentyabrında V.Kostakos və onun həmkarları sistemi Sietldə keçiriləcək “UbiComp 2014” konfransında təqdim etməyi planlaşdırırlar, - “Vesti
www.vesti.ru” yazır.