Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada “Windows Phone 7.5” əsasında olan ilk smartfon satışa çıxarılıb
Dünyada “Windows Phone 7.5 Mango” əməliyyat sistemi ilə işləyən ilk smartfon satışlarına ertəsi gün Yaponiyada başlanacaq. “Fujitsu Toshiba İS12T” modelini avqust ayının 25-dən başlayaraq “KDDİ” operatorunun salonlarından almaq mümkündür. 2 il müddətinə müqavilə bağlamaq şərti ilə aparatın qiyməti 460 dollar olacaq.
“Fujitsu Toshiba İS12T” rütubət düşməsindən və tozdan qorunmaq üçün xüsusi sistemlə təchiz olunub. Yenilik 800x480 piksel kəskinlikli 3,7 düym ekranla, 1 QHz takt tezlikli 1 nüvəli “Qualcomm MSM8655” prosessoru, 512 RAM və 32 QB daxili yaddaş, “Wi-Fi” və “Bluetooth” modulları, 13,2-meqapiksel kamera ilə təchiz olunub. Smartfonun ölçüləri 118x59x13,3 millimetr təşkil edir.
23/08/11 Çap et