Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda məlumatların saxlanılması sistemlərinə həsr olunmuş seminar keçiriləcək


Bakıda iyulun 11-də “НР” şirkətinin təşkilatçılığı ilə məlumatların saxlanılması sistemlərinə həsr olunmuş seminar keçiriləcək.

Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tədbir çərçivəsində “3PAR StoreServ”, “StoreOnce”  kimi yeni məlumatların saxlanılması sistemləri haqda ətraflı məlumat təqdim ediləcək.
 
Seminar çərçivəsində “HP” şirkətinin MDB-də verilənlər üzrə meneceri Vasiliy Vizqin “Müdafiə olunmuş sənayenin və “All-Flash”in əsas trendləri”, “Məlumatların saxlanılması sistemlərində yeniliklər” mövzularında çıxış edəcək.
 
Sonda iştirakçılar üçün sual-cavab sessiyası keçiriləcək.
 
Aynur Vəliyeva
 




08/07/14    Çap et