Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 6” modelinin displeyi cızılmayan və sınmayan sapfirdən olacaq


Texnologiyalar haqda yazılar yazan bir neçə bloqqer bu günlərdə  "iPhone 6"-da tətbiq ediləcək sapfir displeyi nümayiş edən video dərc ediblər.

"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, "Sonny Dickson" videobloqqeri videonu  ilk olaraq nümayiş etdirib. Videoda displey müxtəlif tərəflərə əyilməyə çalışılır və bununla displeyi sındırmaq mümkün olmadığı göstərilir.
 
 "Apple" haqda şayiələrin digər yayılma mənbəyi displeyi açarla, qayçı və bıçaq ilə cızmaq cəhdini göstərən Markus Brounli olub, lakin məlum olur ki, displeyi cızmaq mümkün deyil.

"Apple" şirkəti daha öncə də smartfon istehsalında sapfirdən istifadə edib. "iPhone 5S"-də  bu materialdan "evə" komandası kameranın linzası düzəldilib.
 
Video ilə aşağıdakı linkdə tanış olmaq olar:
 
http://therunet.com/news/3250-blogery-pokazali-sapfirovyy-displey-novogo-iphone.
 
Aynur Vəliyeva
 




08/07/14    Çap et