“Inbox” - köhnəlmiş protokolların alternativi
Massaçusets Texnoloji İnstitutunun (MIT) məzunları tərəfindən təsis edilən “Inbox” şirkəti “IMAP” və “SMTP” kimi köhnəlmiş protokolların alternativi olacaq yeni nəsil elektron poçt platformasını istifadəyə verib.
Protokolun vacib elementləri kimi açıq “API” əlavələrin proqramlaşdırılması interfeysini, “bulud” servisini və “Gmail”, “Yahoo!” və “Outlook.com” daxil olmaqla aparıcı servislərin dəstəklənməsi ilə “Sync Engine” proqramını qeyd etmək olar.
“Inbox” alətləri tərtibatçılar tərəfindən açıq saxlanılıb, lakin onlar üçün hələ ki əlavə buraxılmayıb. İlin sonunadək platformanın “SaaS” versiyasının işıq görəcəyi gözlənilir. Beləliklə, şirkətlər və fərdi istifadəçilər yazışmaları “Inbox” serverlərinə köçürə bilərlər.
“Inbox” əməkdaşlarının hamısı “MIT” məzunudur. Şirkətin baş direktoru Maykl Qrinç “Dropbox”da mühəndis və “Nest”də dizayner, həmtəsisçi Kristina Spank “Ksplice” şirkətində “Linux” nüvəsi üzərində iş təcrübəsinə malikdir. Şirkət “Fuel Capital”, “SV Angel”, “CrunchFund”, “Data Collective” və “Betaworks” şirkətlərindən investisiyalar (həcmi açıqlanmır) cəlb edib.
“Inbox” platforması “Gmail” poçt xidməti “API” interfeysini nümayiş etdirdikdən bir neçə həftə sonra işə salınıb. Şirkət nümayəndələrinin fikrincə, onların servisi çıxış kodlarının açıq olması, bir neçə poçt provayderini dəstəkləməsi və reklam deyil, bilavasitə elektron poçtla məşğul olan şirkət tərəfindən yaradılması səbəbindən daha yaxşıdır, - “Vesti
www.vesti.ru” yazır.