Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalı tərəfindən təqdim olunan e-xidmətlərin statistikası açıqlanıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) 2014-cü ilin iyun ayı ərzində bütün qurumlar üzrə "Elektron hökumət" portalı tərəfindən təqdim olunan e-xidmətlərdən istifadə barədə statistik məlumatı təqdim edib.

"Elektron hökumət" bülleteninin 19-cu sayında yer alan məlumatlara əsasən, iyun ayı ərzində portal üzərindən ümumilikdə təqdim olunan 317 xidmətdən istifadə sayı 202290-dır.
 
Qeyd edək ki, xidmət təchizatçısı siyahısına 41 dövlət qurumu daxildir.
 
Bu siyahıda Milli Arxiv İdarəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Energetika Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, "Azərenerji" ASC, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Baş Prokurorluq, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və s. yer alır.
 
 
 
Həqiqət İSABALAYEVA




09/07/14    Çap et