Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2014-cü ilin birinci yarısında güclü “DDoS”-hücumların payı 7,3%-dək yüksəlib
İT təhlükəsizliklə məşğul olan “Qrator Labs” şirkətinin tədqiqat məlumatına əsasən, 2014-cü ildə Rusiyada saytları deaktiv edən güclü haker “DDoS” hücumlarının payı (sorğuların göndərilmə sürəti 1 Qb/san-dən çox) 7,3%-dək yüksəlib.
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, şirkətin məlumatına görə, 2014-cü ildə hücumların yüksək qiyməti 120-160 Qb/s təşkil edib.
2014-cü ilin yanvar-iyun ayları ərzində hücumun maksimal müddəti 90 günədək artıb. Xatırladaq ki, 2013-cü ildə bu göstərici 21 gün olub.
Emil Hüseynov
09/07/14 Çap et