Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gartner”: “Fərdi kompüterlər bazarı canlanacaq”


Bir neçə il davam edən azalmadan sonra 2015-ci ildə dünya fərdi kompüterlər bazarında artım bərpa oluna bilər.

“Gartner” analitik şirkətinin mütəxəssisləri bu fikirdədir. Bu il dünyada 308 milyon kompüter satılsa (2013-cü ildən 2,9 faiz az), 2015-ci ildə satış həcmi əsasən “Microsoft” korporasiyası tərəfindən dəstəklənməsi dayandırılan “Windows XP” sistemli köhnə fərdi kompüterlərin əvəzlənməsi sayəsində 317 milyonadək artacaq. Analitik şirkətin qiymətləndirməsinə görə, artıq bu il təxminən 60 milyon kompüter əvəzlənəcək.

Cari ildə planşet kompüter və smartfonlarla birlikdə dünyada satılan kompüter qurğularının sayı 2,4 milyardadək artacaq ki, bu da ötən ildən 4,2 faiz aşağıdır. 2015-ci ildə satış həcminin 2,6 milyardadək artacağı gözlənilir. 2014-cü ildə bu qurğular arasında 256 milyon planşet və 1,86 milyard mobil telefon olacaq. Bununla yanaşı, 1,17 milyard qurğu “Android”, 271 milyon “iOS” və “Mac” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyəcək. “Windows” əməliyyat sisteminin masaüstü və mobil versiyalarının qurğularda payı 333 milyon təşkil edəcək, - “Computerworld www.osp.ru” yazır. 




09/07/14    Çap et