Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2013-cü ildə “YouTube”un mədaxili proqnozdan xeyli aşağı olub
"The Information" nəşri yazır ki, dünyanın ən böyük videohostinqi "YouTube" ötən il 3,5 milyard dollar ümumi mədaxil qazanıb. Analitiklərin proqnozuna görə, bu məbləğ 5 milyard dollar olmalı idi.
"ICTnews" elektron xəbər xidməti "1prime.ru" saytına istinadən bildirir ki, ötən il "YouTube" istifadəçiləri orta hesabla gündəlik 300 milyon saatlıq video izləyiblər. Bu göstərici ötən illə müqayisədə üç dəfə daha çoxdur, amma auditoriyanın artım sürəti "YouTube"a inhisarçılıq etməyə imkan vermir. Şirkət ABŞ-da "Netflix" videoportalı tərəfindən ciddi rəqabətlə qarşılaşır.
"YouTube" videohostinqinin məqsədi 2016-cı ilədək gündəlik 1 milyard saatlıq baxış göstəricisinə nail olmaq və ildə 10 milyarddan çox dollar qazanmaqdır.
"YouTube" 2005-ci ilin fevralında "PayPal"ın keçmiş əməkdaşları tərəfindən yaradılıb. 2006-cı ilin sonunda "Google" bu xidməti 1,65 milyard dollara satın alıb.
Emil Hüseynov
09/07/14 Çap et