Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Aztelekom” İstehsalat Birliyi “IPv6” protokoluna keçidə hazırlaşır


“Aztelekom” İstehsalat Birliyi “IPv6” protokoluna keçidə hazırlıq məqsədi ilə müvafiq texnologiyanın  regionlarda tətbiqinə başlayıb.

“Aztelekom”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən,  ötən il Yevlaxda SNAT (source NAT) texnologiyası əsasında işləyən mərkəz yaradılıb.
 
“Bunun nəticəsində “Aztelekom”un orda İP ünvanlarının böyük bir qismi boşalıb və bu gün bizim tərəfdən bu istiqamətdə işlər davam etdirilir. Biz regionlarda  bu texnologiyanı tətbiq edərək internet mərkəzləri yarada bilərik. Bu texnologiya “İPv6” texnologiyasına bənzər bir texnologiyadır və imkan verir ki, məhdud İP ünvan üzərindən qlobal şəbəkəyə çıxışı təmin edək”, - deyə “Aztelekom”da bildiriblər.

Qeyd edək ki, NAT (Network Address Translation) şəbəkə ünvanlarının kökündən dəyişdirilməsi texnologiyasıdır və istənilən marşrutizasiya qurğusu vasitəsilə bu həyata keçirilə bilər. SNAT bu texnologiyanın ən məşhur versiyasıdır. Bu mexanizm paketin bir istiqamətdə nəql olunduğu zaman mənbə ünvanının dəyişdirilməsini nəzərdə tutur. Ünvanlarla yanaşı, mənbə eyni zamanda mənbənin portlarının nömrələrini də dəyişə bilər.
 
Aynur Vəliyeva




09/07/14    Çap et