Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

5 il sonra mobil bankçılıq istifadəçilərinin sayı 1.75 milyarda çatacaq


2014-cü ildə təxminən 800 milyon mobil qurğu istifadəçisi öz cihazlarından bank məqsədlərində istifadə edəcək. “Juniper Research” tədqiqat şirkətinin proqnozuna əsasən, 2019-cu ilin sonunadək banklar 1,75 milyard müştəriyə mobil rabitə üzrə xidmət göstərəcək.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər bildiriblər ki, mobil bankçılıq texnologiyaları planetin bir çox yerlərində əlçatandır və inkişaf etmiş ölkələrdə daha populyardır. Bəzi banklar, məsələn, “Bank of America”, artıq mobil xidmət müştərilərinin sayının onlayn-xidmət abunəçiləri üzərində üstünlüyünü qeydə alıblar.
 
Mobil bankçılıq sistemi mobil telefon (USSD/SMS vasitəsilə) və ya internet vasitəsilə müxtəlif istehsalçıların məhsul və xidmətləri üçün ödəmə etməyə imkan verir. “Juniper Research”in məlumatına görə, demək olar ki, bütün banklar mobil və ya onlayn-xidmətlərdən istifadə edir və ən azı bir mobil platforma (iOS, Android, Windows Phone) üçün tətbiq hazırlayıblar.
 
Emil Hüseynov
 




09/07/14    Çap et