Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Megafon” şirkəti “Evroset”in səhmlərinin 25 faizini alıb


“Megafon” şirkəti “Evroset”in səhmlərinin 25 faizini Alişer Usmanovun “Garsdale” Fondundan alıb.
 
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, artıq şirkətin iki bərabər hissəsi “Megafon”a və “Vımpelkom”a məxsusdur.
 
Saziş “Megafon”a 657 milyon dollara başa gəlib və bu məbləği o öz səhmləri ilə ödəyib. Usmanov ona məxsus olan “Megafon”un 50 faiz səhmlərinə əlavə olaraq 3,65 faizinin sahibi olub.


Aynur Vəliyeva
 




10/07/14    Çap et