Rusiyada radiotezlikləri ilk dəfə hərraca çıxaracaqlar
Rusiyada ilk dəfə olaraq radiotezlikləri müsabiqə yolu ilə paylamaq əvəzinə, hərraca çıxara bilərlər.
“ICTnews” xəbər xidmətinin “
www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, Radiotezliklər üzrə Dövlət Komissiyası 2570–2620 MHz tezlikləri məhdud resurs kimi qəbul edərək onları hərrac yolu ilə regionlarda LTE standartının inkişafı üçün satmaq niyyətindədir.
Öncə operatorlar tezliklərə pulsuz, tender şərtlərinə əsasən sahib olurdular. İndi isə əsas əhəmiyyət rabitənin inkişafına yönəldilən sərmayələrə veriləcək.
Hazırda hərraca çıxarılacaq tezliklər üzərindən bəzi regionlarda “Rsotelekom”un, “Sinterra”nın və regional operatorların MMDS standartlı rəqəmli televiziya xidmətləri göstərilir. Onların necə boşaldılacağı hələ məlum deyil, lakin bəzi mənbələr hesab edirlər ki, diapazonun təmizlənməsi hərracdan daxil olacaq vəsaitlər hesabına həyata keçiriləcək.
“J’son & Partners Consulting” analitik şirkətinin məlumatına əsasən, Rusiyada 4G/LTE abunəçilərinin sayı bu xidmətlərin ümumdünya istifadəçi sayının bir faizi həcmindədir, yəni 2 milyon nəfərə yaxın istifadəçi mövcuddur.
Aynur Vəliyeva