Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İKT sektorunu təmsil edən rusiyalı şirkətlərlə əməkdaşlıq üçün Azərbaycan sahibkarlarına yeni imkanlar yaranacaq
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunu təmsil edən rusiyalı şirkətlərlə əməkdaşlıq üçün Azərbaycan sahibkarlarına yeni imkanlar yaranacaq. Hər iki tərəf qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətlərini Bakıda keçiriləcək “Azərbaycan-Rusiya Biznes Forumu”nda müzakirə edə biləcəklər.
2014-cü ilin 15 iyul tarixində Rusiya Federasiyasının Tomsk vilayətinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə təşkil olunacaq forumda İKİ sektoru ilə yanaşı, digər sahələr də təmsil olunacaq.
AZPROMO-dan qeyd edilib ki, tədbirdə müxtəlif sahələrdə istifadə olunan cihazlar, mühəndis tədqiqat işləri, neft-qaz, mədən və kimya sənayesi avadanlığı, elektroenergetika, kəsici alətlərin istehsalı və digər sahələri təmsil edən Rusiya şirkətləri iştirak edəcəklər. Bakı Biznes Mərkəzində (ünvan: Neftçilər prosp., 32) keçiriləcək forumda iştirakçıların qeydiyyatı saat 10:30-da başlayacaq.
Həqiqət İSABALAYEVA
11/07/14 Çap et